Futbol
Van den Berq “Liverpul”u tərk edə bilər

30.05.2024 | 11:20
Ötən mövsümü icarə əsasında “Maynts”da keçirmiş, “Liverpul”un mərkəz müdafiəçisi Sepp van den Berq nəhayət ki, Mersisayd klubunu tərk edə bilər.
Sports.az xəbər verir ki, futbolçuya “Brentford” və “Sauthempton”, eləcə də “Volfsburq” klubları iddia edirlər.
“Liverpul”un 20 milyon avro məbləğində təklifləri nəzərdən keçirəcəyi bildirilir. Amma “qırmızılar”ın rəhbərliyi, iyunda komanda ilə işə başlamalı olan yeni baş məşqçi, niderlandlı mütəxəssis Arne Slotun iştirakı olmadan futbolçu ilə bağlı qərar verməyəcək.
Son xəbərlər