Futbol
“Gələcəyimlə bağlı qərar verilib” - Modriç

30.05.2024 | 13:20
“Real”ın xorvat veteran mərkəz yarımmüdafiəçisi Luka Modriç “qaymaqlılar”ın düşərgəsindəki gələcəyini şərh edib.
Sports.az xorvat futbolçunun bu barədə fikirlərini təqdim edir:
“Gələcəyimlə bağlı qərar verilib, amma hələlik bu barədə sizə məlumat verə bilmərəm. Mən həmişə demişəm ki, karyeramı “Real”da bitirmək istəyirəm, həqiqətən də bunu istəyirəm. Bu mənim arzum, bu mənim evim, həyatımın klubudur. Toni Kroos kimi vidalaşmaq istəyirəm”.
Son xəbərlər