Futbol
Agenti Mirançukun “Bolonya”ya keçidi haqda xəbərləri cavabladı

01.06.2024 | 09:00
“Atalanta”nın rusiyalı yarımmüdafiəçisi Aleksey Mirançukun maraqlarını təmsil edən agenti Vadim Şpinyov “Bolonya”nın müştərisinə olan marağı ilə bağlı məlumatı cavablayıb.
Sports.az Şpinyovun bu barədə cavabını təqdim edir:
“Mən şayiələri şərh etmirəm. İndi bir milyon şayiə ortaya çıxacaq, tanrı xatirinə, mətbuatı oxumağa ehtiyac yoxdur”, - deyə Mirançukun agenti vurğulayıb.
Xatırladaq ki, bundan əvvəl mətbuatda, Mirançukun karyerasını “Boloniya”da davam etdirə biləcəyi barədə məlumat yayılmışdı.
Son xəbərlər