Futbol
“Mets” Gürcüstan yığmasının hücumçusunu heyətinə qatacaq

31.05.2024 | 21:45
“Mets”də icarə əsasında çıxış edən, “Ayaks”ın və Gürcüstan millisinin hücumçusu Jorj Mikautadze Fransa klubunun tamhüquqlu futbolçusu olacaq.
Sports.az xəbər verir ki, “Mets” Niderland nəhəngi ilə müqaviləsində satınalma maddəsini fəallaşdırıb.
“Ayaks”ın gürcü hücumçu müqabilində 13 milyon avro məbləğ alacağı bildirilir.
Həmçinin güman edilir ki, Amsterdam klubu futbolçunun növbəti satışından müəyyən faiz qazanacaq.
Son xəbərlər