Futbol
“Real” Modriçlə müqaviləsini yenilədi

02.06.2024 | 12:00
“Real” 38 yaşlı xorvat veteran mərkəz yarımmüdafiəçisi Luka Modriçlə əmək müqaviləsini 1 il müddətinə uzadıb.
Sports.az xəbər verir ki, “qaymaqlılar” gələn həftə bu barədə rəsmən bəyan edəcəklər.
Xatırladaq ki, xorvat futbolçu 2012-ci ildən “Real”da çıxış edir və “qaymaqlılar”ın düşərgəsində söz sahibi, paltardəyişmə otağının ruhu hesab edilir.
Son xəbərlər