Futbol
“Arsenal” “Barselona”nın gənc yarımmüdafiəçisini satın ala bilər

03.06.2024 | 11:00
“Barselona”nın 19 yaşlı mərkəz müdafiəçisi Mikail Fay “Arsenal”ın transfer hədəfinə çevrilib.
Sports.az xəbər verir ki, “Barselona” rəhbərliyi futbolçusunun oyun keyfiyyətini yüksək qiymətləndirsə də,, hələ də Fayı “Arsenal”a 17 milyon funt-sterlinq məbləğə satmaq imkanını nəzərdən keçirməyə hazırdır.
Vurğulanır ki, daha əvvəl gənc futbolçu ilə “Mançester Yunayted” maraqlanıb və “qırmızı şeytanlar” Fayı öz düşərgəsinə qatmaq uğrunda mübarizəyə hər an qoşula bilərlər.
Son xəbərlər