Futbol
Flik Komanın alınmasını istəyir

03.06.2024 | 10:20
“Barselona”nın yeni baş məşqçisi Hans-Diter Flik israr edir ki, Kataloniya klubu “Bayern”in 27 yaşlı vingeri Kinqsli Komanın transferini tamamlasın.
Sports.az xəbər verir ki, Münhen klubu fransalı futbolçunu bu yay sərfəli təklif alacağı təqdirdə buraxmağa hazırdır.
Amma Komanın hazırda başqa kluba keçməyi düşünmədiyi, diqqətini AÇ-2024-ə yönəltdiyi vurğulanır.
Son xəbərlər