Futbol
“Yuventus” Rabyoya yeni müqavilə təklif edəcək

03.06.2024 | 16:40
“Yuventus” rəhbərliyi yaxın vaxtlarda mərkəz yarımmüdafiəçisi Adrien Rabyo ilə müqaviləsinin müddətinin uzadılması üçün tədbirlər görəcək.
Sports.az xəbər verir ki, fransız yarımmüdafiəçinin saxlanılmasının təşəbbüskarı Turin təmsilçisinin mümkün yeni baş məşqçisi Tiaqu Mottadır.
Yaxın günlərdə “Yuventus” rəhbərliyi Rabyoya 2 illik yeni müqavilə təklif edəcək və bu müqaviləyə əsasən, futbolçu hər mövsümdə təxminən 7 milyon avro məbləğində qazanac əldə edəcək.
Son xəbərlər