Reytinq turnirinə 12 güləşçi ilə

Reytinq turnirinə 12 güləşçi ilə

İyunun 6-dan 9-dək Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə reytinq turniri keçiriləcək.

Sports.az xəbər verir ki, yarışda ölkəmizi sərbəst və yunan-Roma güləşi üzrə millinin üzvləri təmsil edəcək.

Baş məşqçi Xetaq Qazyumov və məşqçi Taymuraz Kokoyevin rəhbərliyi altında Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Turan Bayramov (74 kq), Maqomedxan Maqomedov (97 kq) və Giorgi Meşvildişvili (125 kq) sərbəst güləşçilər arasında uğur qazanmağa çalışacaq.

Yunan-Roma güləşi üzrə yarışda isə baş məşqçi Aleksandr Tarakanov, məşqçilər Həsən Əliyevlə Kamran Məmmədovun rəhbərliyi altında Eldəniz Əzizli (55 kq), Nihat Məmmədli (60 kq), Murad Məmmədov (63 kq), Ülvü Qənizadə, Həsrət Cəfərov (hər ikisi 72 kq), Sənan Süleymanov (77 kq) və Beka Kandelaki (130 kq) mübarizə aparacaq. Zədə səbəbindən Rafiq Hüseynovla (87 kq) Sabah Şəriəti (130 kq) reytinq turnirində iştirak etməyəcək.

Görüşlər hər gün Bakı vaxtı ilə 12:30-da başlayacaq. Medallar uğrunda qarşılaşmalar isə 19:00-da start götürəcək. İlk yarış günündə Əliabbas, Hacı, Maqomedxan və Giorgi xalça üzərinə çıxacaq. Növbəti gün Turan çıxış edəcək. İyunun 8-də Nihat, Murad və Beka mübarizə aparacaq. Son yarış günündə isə Eldəniz, Ülvü, Həsrət və Sənan güləşəcək.

Macarıstanda 2-ci dərəcəli beynəlxalq hakim Elgün Məmmədov Ədaləti qoruyacaq.

Son xəbərlər
DÇ-nin son günündə daha bir medal
“Fənərbağça”dan darmadağın
“Kəpəz” gürcü futbolçusu ilə vidalaşdı
Yamal və Karvaxal küsüşüblər?
Kapello “Napoli” – “İnter” oyunu ilə bağlı fikrini açıqladı
Karreras Yamalı ələ saldı
“Neftçi” - MOİK matçına giriş pulsuz olacaq
PSJ-nin sabiq futbolçusu karyerasını başa vurdu
“Qarabağ”ın rəqibində ciddi itki
“İmişli”nin futbolçusu əməliyyat olundu
“Sumqayıt”da yeni basketbolçu
MY “Bayern”in yarımmüdafiəçisi ilə maraqlanır
Millimiz İslam Həmrəyliyi Oyunlarının hazırlığına başlayıb
“Qarabağ”ın əvəzediciləri uduzdu, “Sabah-2” qalib gəldi
“Yuventus” baş məşqçisini qovdu
“Qələbə qazanmaq böyük önəm kəsb edirdi”
Millimiz yenə böyük hesabla uduzdu
Azərbaycan millisindən yoxlama oyununda növbəti qələbə
Alim Nəbiyev MMA-da növbəti qələbəsini qazanıb
Azərbaycan karateçiləri Polşada 8 medal qazanıb
MY Bellingemi icarəyə götürmək istəyir
“Liverpul” “Real”ın iki oyunçusu ilə maraqlanır
“Bornmut” Semenyoya transfer qiyməti müəyyənləşdirdi
PSJ-nin yarımmüdafiəçisi sıraya dönməyə yaxındır
“Barselona” “Olimpik”in hücumçusu ilə maraqlanır
“Real”ın hücumçusu Almaniya Bundesliqasına keçə bilər
Retkliff “Barselona”nın ulduzunun satın alınmasına qadağa qoydu
Günün oyunları – TV
Trek velosipedi üzrə mövsümün son yarışı keçirilib
“Arsenal” İngiltərə Premyer Liqasında qələbə sayına görə ikinci klub oldu
DAHA ÇOX

Ən çox oxunanlar