Futbol
Mbappenin “Real”da debüt tarixi məlum oldu

04.06.2024 | 20:20
Fransalı ulduz hücumçu Kilian Mbappenin “Real”da debütü Fransa yığmasının 2024-cü il Avropa çempionatında irəliləyişindən asılı olacaq.
Sports.az xəbər verir ki, heyətində Mbappenin iştirakı ilə Fransa yığması AÇ-2024-ün yarımfinalına çıxsa, Kilian “Real”la ABŞ-a səfərə yollanmayacaq.
Belə olan halda ulduz futbolçunun “Kral klubu”nda debütü İspaniya La Liqasının 1-ci tur oyununda deyil, UEFA Super Kuboku uğrunda avqustun 14-də “Atalanta” ilə oyunda baş tutacaq.
Xatırladaq ki, iyunun 3-də “Real” Kilian Mbappe ilə 5 illik müddətə müqavilə imzaladığını elan edib.
Son xəbərlər