Futbol
“Borussiya” Matsenin transfer qiymətini ucuzlaşdırmağa çalışır

05.06.2024 | 20:45
Dortmund “Borussiya”sı mövsümün ikinci yarısını Almaniya klubunda keçirmiş “Çelsi”nin müdafiəçisi Yan Matsenin keçid qiymətini azaltmaq üçün “zadəganlar”la danışıqlar aparır.
Sports.az xəbər verir ki, “Borussiya” İngiltərə klubunun müdafiəçi müqabilində istədiyi 35 milyon avro məbləği ödəmək niyyətində deyil.
Bununla belə, Dotmund klubu oyunçunun bacarıqlarını yüksək qiymətləndirir və bu məbləği 27 milyon avroya qədər endirməyə çalışır.
Son xəbərlər