Futbol
Mikel Merino “Barselona”ya keçə bilər

06.06.2024 | 09:00
“Real Sosyedad”ın 27 yaşlı yarımmüdafiəçisi Mikel Merino “Barselona”ya keçə bilər.
Sports.az xəbər verir ki, “blauqrana”nın idman direktoru Deku ispan futbolçunun istedadını yüksək qiymətləndirir.
Merino “Barselona”nın yarımmüdafiə xəttini gücləndirmək üçün üstün namizədlərdən biridir.
Daha əvvəl ispan yarımmüdafiəçi ilə “Yuventus”un da maraqlandığı bildirilirdi.
Son xəbərlər