Futbol
“Mançester Siti”nin Alvaresi PSJ-yə buraxmağa razı olacağı şərt məlum oldu

06.06.2024 | 18:45
“Mançester Siti”nin hücumçusu Xulian Alvares karyerasını PSJ-də davam etdirə bilər.
Sports.az xəbər verir ki, Paris klubu artıq argentinalı futbolçu ilə bağlı “Mançester Siti”yə müvafiq sorğu da ünvanlayıb.
Vurğulanır ki, “Mançester Siti” argentinalı hücumçunu üstəliklər istisna olmaqla 80 milyon avro məbləğ ödəmək şərti ilə buraxmağa razı olacaq.
Həmçinin bildirilir ki, “Bayern” və Madrid “Atletiko”su kimi, digər klubların da marağına rəğmən, məhz PSJ-yə keçid Alvares üçün daha çox ehtimal edilir. Belə ki, argentinalı hücumçu müqabilində müvafiq məbləği yalnız Fransa nəhəngi ödəmək iqtidarındadır.
Son xəbərlər