Futbol
“Mançester Siti”nin idarə heyətinin sədri komanda üçün ən vacib oyunçunun adını açıqladı

06.06.2024 | 18:15
“Mançester Siti”nin idarə heyətinin sədri Xaldun Əl-Mübarək ispan yarımmüdafiəçi Rodrini “şəhərlilər”in ən vacib oyunçusu adlandırıb.
Sports.az Əl-Mübarəkin bu barədə fikirlərini təqdim edir:
“Rodri qeyri-adi futbolçudur. Oynadığı mövqe çox da cazibədar deyil, amma o, “Mançester Siti” üçün tamamilə vacibdir. O, qalib gəlməyimizin və uğur qazanmağımızın ən mühüm səbəblərindən biridir”, deyə sədr vurğulayıb.
Son xəbərlər