Futbol
Fabreqas “Komo” ilə müqaviləsinin müddətini uzadacaq

06.06.2024 | 23:05
“Komo”nun baş məşqçisi Sesk Fabreqas klubla müqaviləsinin müddətini uzadacaq.
Sports.az xəbər verir ki, 37 yaşlı ispan mütəxəssis “Komo” ilə yeni uzunmüddətli müqavilə imzalamağa yaxındır.
Fabreqasın “Çelsi”nin məşqçilər qərargahına daxil olmaq təklifi aldığı da bildirilir, amma bu, onun planlarına daxil deyil. İspan mütəxəssis komandasını İtaliya A Seriyasına qaytarmağı bacardıqdan sonra diqqətini “Komo” layihəsinə yönəldib.
Son xəbərlər