Futbol
Zirkze “Milan”a keçə bilər

06.06.2024 | 23:10
“Bolonya”nın 23 yaşlı hücumçusu Coşua Zirkze “Milan”ın futbolçusu ola bilər.
Sports.az xəbər verir ki, “rossoneri” niderlandlı futbolçunun müqaviləsindəki 40 milyon avro məbləğində təzminat müddəasını fəallaşdırmaq niyyətində olduğunu “Bolonya” rəhbərliyinə bildirib.
Həmçinin bildirilir ki, Zirkze özü də “Milan” layihəsi ilə maraqlanır və İtaliyada qalmaq istəyir. Hazırda futbolçu ilə müqavilənin şəxsi şərtləri razılaşdırılır ki, bu da sövdələşmədə əsas məqam hesab edilir.
Son xəbərlər