Futbol
“Real” Alfonso Deyvisin müqabilində 50 milyon avro məbləğ ödəməyə hazır deyil

06.06.2024 | 23:20
Bu həftə “Real” təmsilçiləri “Bayern”in 23 yaşlı kanadalı sol cinah müdafiəçisi Alfonso Deyvisin “qaymaqlılar”ın düşərgəsinə mümkün transferini müzakirə etmək üçün yenidən futbolçunun ətrafı ilə əlaqə saxlayıblar.
Sports.az xəbər verir ki, “Bayern” hələ də Deyvisi “Real”a 50 milyon avro məbləğdən aşağı qiymətə satmaq istəmir.
Vurğulanır ki, “Bayern” bu sövdəni mümkün qədər ya tez gerçəkləşdirməyin ya da Deyvisin qəti bir qərara gəlməsinin marağındadır. Çünki Almaniya nəhəngi yeni mövsümdə tam heyətlə başlamaq niyyətindədir.
Son xəbərlər