Futbol
Flikin De Yonqla bağlı mövqeyi məlum oldu

07.06.2024 | 20:45
“Barselona”nın yeni baş məşqçisi, alman mütəxəssis Hans-Diter Flik yarımmüdafiəçi Frenki de Yonqun satılmasına qarşı çıxıb və niderlandlı futbolçuya növbəti mövsümdə əsas rol vermək istəyir.
Sports.az xəbər verir ki, Kataloniya klubu De Yonqun 2026-cı ildə başa çatacaq müqaviləsinin müddətini futbolçunun maaşını azaltmaqla uzatmağı planlaşdırır.
Vurğuanır ki, buna rəğmən, De Yonqun özü hələlik belə bir razılaşmada maraqlı deyil. De Yonqun hələ də “Bayern”in diqqətində olduğu bildirilir.
Son xəbərlər