Futbol
Poçettino “Mançester Yunayted”in sükanı arxasına əsas namizəddir

07.06.2024 | 21:00
“Mançester Yunayted” yaxın günlərdə niderlandlı mütəxəssis Erik ten Haqı istefaya göndərə bilər.
Sports.az xəbər verir ki, “qırmızı şeytanlar”ın yeni baş məşqçisi vəzifəsinə əsas namizəd, bir müddət əvvəl “Çelsi”dən istefaya göndərilmiş argentinalı mütəxəssis Maurisio Poçettinodur.
Vurğulanır ki, Maurisio Poçettino məzuniyyətə getməyə hazırlaşmır və İngiltərə Premyer Liqa klublarının təkliflərinə açıqdır.
Bildirilir ki, “Mançester Yunayted” hazırda Erik ten Haqın cari mövsümdəki işini təhlil etməkdə davam edir və nəticəyə əsasən onun gələcəyi ilə bağlı qərar veriləcək.
Son xəbərlər