Futbol
“Los-Anceles Qelaksi” Levandovskini satın almaq istəyir

07.06.2024 | 23:20
MLS təmsilçisi “Los-Anceles Qelaksi” “Barselona”nın polyak mərkəz hücumçusu Robert Levandovskinin mümkün transferi üzərində işlərə başlayıb.
Sports.az xəbər verir ki, Dortmund “Borussiya”sının düşərgəsini tərk edəcək alman yarımmüdafiəçi Marko Roys bu yay “Los-Anceles Qelaksi”yə qoşulacaq.
MLS klubu illər öncə Dortmund “Borussiya”sında çıxış etmiş bu iki futbolçunu yenidən bir araya gətirmək niyyətindədir. Vurğulanır ki, Marko və Robert dostdurlar və amerikan klubu bu məqamı öz xeyrinə həll etmək istəyir.
Son xəbərlər