Azərbaycanın güləş yığmaları Avropa çempionatına hazırlaşır

Azərbaycanın güləş yığmaları Avropa çempionatına hazırlaşır

Güləş üzrə milli komandalarımız qarşıdan gələn mühüm yarışlara intensiv hazırlaşır.

Sports.az xəbər verir ki, iyunun 24-dən iyulun 7-dək Serbiyanın Novi Sad şəhərində U-17 və U-20 Avropa çempionatı keçiriləcək.

Bu yaş qrupu üzrə yığmalarımız müxtəlif məkanlarda təlim-məşq toplanışı keçir.

Yeniyetmələrdən ibarət sərbəst güləş komandamız iyunun 9-dan Xaçmaz Olimpiya İdman Kompleksində məskunlaşıb. Hazırlıq prosesi ayın 23-dək davam edəcək. Bu yaş qrupu üzrə yunan-Roma güləşi komandamız iyunun 3-dən paytaxtda toplanışa start verib. Çalışmalara iyunun 19-da yekun vurulacaq. Qızlardan ibarət kollektiv də qitə birinciliyinə Bakıda hazırlaşır. TMT 9-24 iyun tarixlərini əhatə edir.

Gənclərə gəlincə, sərbəst güləşçilər iyunun 2-dən Xaçmazdadır və ayın 12-dək Şimal bölgəsində məşqləri davam etdirəcək. AÇ öncəsi son TMT 16 iyundan 3 iyuladək Bakıda baş tutacaq. Mayın 22-dən iyunun 8-dək Göygöl Olimpiya İdman Kompleksində toplanış keçən gənc yunan-Roma güləşçilərimizin son hazırlıq prosesi 14-28 iyunda Azərbaycan Güləş Federasiyasının təlim-məşq bazasında təşkil ediləcək. Gənc qızlar da 16 iyun – 1 iyul tarixlərində Bakıda toplanış keçib, Novi Sada yollanacaq.

Qadınlardan ibarət əsas komandamız bu gecə Macarıstana səfər edib. 10 günlük hazırlıq prosesi Tatada baş tutacaq. Ötən həftə həmin ölkədə keçirilən reytinq turnirində iştirak etmiş sərbəst güləşçilərimiz isə artıq vətənə qayıdıb. Komanda iyunun 12-dən Olimpiadaya hazırlığın növbəti mərhələsinə start verəcək. Ayın 26-dək Göygöldə fiziki hazırlığın yaxşılaşdırması məqsədilə toplanış həyata keçiriləcək. Yunan-Roma güləşçilərimiz də eyni məqsədlə Göygölə səfər edəcək. Bu komandamızın toplanışı 14-26 iyunu əhatə edəcək.

Son xəbərlər
DÇ-nin son günündə daha bir medal
“Fənərbağça”dan darmadağın
“Kəpəz” gürcü futbolçusu ilə vidalaşdı
Yamal və Karvaxal küsüşüblər?
Kapello “Napoli” – “İnter” oyunu ilə bağlı fikrini açıqladı
Karreras Yamalı ələ saldı
“Neftçi” - MOİK matçına giriş pulsuz olacaq
PSJ-nin sabiq futbolçusu karyerasını başa vurdu
“Qarabağ”ın rəqibində ciddi itki
“İmişli”nin futbolçusu əməliyyat olundu
“Sumqayıt”da yeni basketbolçu
MY “Bayern”in yarımmüdafiəçisi ilə maraqlanır
Millimiz İslam Həmrəyliyi Oyunlarının hazırlığına başlayıb
“Qarabağ”ın əvəzediciləri uduzdu, “Sabah-2” qalib gəldi
“Yuventus” baş məşqçisini qovdu
“Qələbə qazanmaq böyük önəm kəsb edirdi”
Millimiz yenə böyük hesabla uduzdu
Azərbaycan millisindən yoxlama oyununda növbəti qələbə
Alim Nəbiyev MMA-da növbəti qələbəsini qazanıb
Azərbaycan karateçiləri Polşada 8 medal qazanıb
MY Bellingemi icarəyə götürmək istəyir
“Liverpul” “Real”ın iki oyunçusu ilə maraqlanır
“Bornmut” Semenyoya transfer qiyməti müəyyənləşdirdi
PSJ-nin yarımmüdafiəçisi sıraya dönməyə yaxındır
“Barselona” “Olimpik”in hücumçusu ilə maraqlanır
“Real”ın hücumçusu Almaniya Bundesliqasına keçə bilər
Retkliff “Barselona”nın ulduzunun satın alınmasına qadağa qoydu
Günün oyunları – TV
Trek velosipedi üzrə mövsümün son yarışı keçirilib
“Arsenal” İngiltərə Premyer Liqasında qələbə sayına görə ikinci klub oldu
DAHA ÇOX

Ən çox oxunanlar