“Qarabağ”da oynadığım dövrdə böyük səhvlərə yol verdim” - Gerye

“Qarabağ”da oynadığım dövrdə böyük səhvlərə yol verdim” - Gerye

Ayrı-ayrı vaxtlarda iki dəfə “Qarabağ”da çıxış etmiş Donald Gerye hazırda klubsuzdur. Son dəfə Polşanın “Vieçista” komandasının  heyətində III liqada oynayan futbolçu azad agent statusu daşıyır.

Sports.az xəbər verir ki, Ağdam klubunun Sürixdəki düşərgəsinə gələn Haiti millisinin sabiq üzvü Msport.az-a müsahibəsində əvvələcə bugünkü görüşlə bağlı fikirlərini bildirib:

- İlk oyunda “Qarabağ”ın 3:2 hesabı ilə qələbə qazanmasına baxmayaraq, hələ cütün taleyinə aydınlıq gəlməyib. Burada hər şey yenidən başlayacaq. Kim meydanda daha çox istəkli olacaqsa, kim daha çox mübarizə aparacaqsa, o da qalib gələcək. Hər şey meydanda həll olunacaq. Mənə gəlincə, favoritim “Qarabağ”dır. Ümid edirəm Azərbaycan xalqını qələbə ilə sevindirəcəklər.

- Bu mövsüm “Qarabağ”ın avrokuboklardakı oyunlarını izləyə bilmisənmi? Çoxmu dəyişib komanda? 
- “Qarabağ”ı tərk edib “Apollon”a yollanandan sonra demək olar ki, bütün matçlarını izləyirdim. Biz Çempionlar Liqasına vəsiqə qazandığımız 2017-2018 mövsümündə hər futbolçuda sanki bir “aclıq” var idi. Sanki yeməyə ehtiyacımız varmış kimi, o qədər meydanda istəkli idik. Vuruşurduq, mübarizə aparırdıq. Eyni hissləri bu il də görürəm. Komanda həm istəklidir, həm də keyfiyyətli oyunçulara malikdir. Ümumiyyətlə, “Qarabağ” həmişə yaxşı komanda olub. Lakin bu il o istəyi, əzmkarlığı xüsusi ilə hiss edirəm.

- Daha bir keçmiş komandan “Neftçi” “Aris”lə səfər oyununda 0:2 hesabı ilə uduzdu. Kiprdə oynamış futbolçu kimi bu nəticəni gözləyirdinmi?  Həm də “Aris” tarixində ilk dəfə avrokuboklara qatılırdı. 
- Əslində gözlənilməz, şok nəticə olmadı. Qurban müəllim həmişə bizə deyirdi ki, meydanda ən azı həmişə vuruşmalısan. Yaxşı nəticə əldə etmək üçün əziyyət çəkməlisən.

- “Neftçi”də bunu görmədin?  
- Demək olmaz ki, pis oynadılar. Amma mənə elə gəlir ki, “Aris” daha istəkli idi, qələbəni daha çox arzulayırdı. Bu futboldur, hər şey ola bilər. Məsələn, biz “Atletiko” ilə qarşılaşanda hamı fikirləşirdi ki, 0:10 hesabı ilə uduzacağıq. Lakin meydanda tam əksini göstərdik, vuruşaraq, əzmkar oyun sayəsində.

- Hazırda işlərin necə gedir? Deyəsən azad agent statusuna maliksən? 
- Polşa vətəndaşlığı almaq üçün ən azı 6 ay bu ölkədə qalmalı idim. Bu səbəbdən “”Vieçista” klubu ilə müqavilə bağladım. Onlar müqaviləni uzatmaq istəyirdilər, mən razılaşmadım. “Apollon”dan ayrılmağıma gəlincə, 3 ay maaşımı vermədilər deyə, müqaviləyə xitam verdik. Transfer sənədini “Apollon” gec göndərdi. Artıq transfer “pəncərəsi” bağlanmışdı, ona görə klub tapa bilmədim. Seçimim demək olar ki, yox idi. Polşada vətəndaşlığı qəbul etmək üçün xüsusi qaydalar var. Bu səbəbdən bir müddət orada qalmalı idim. Ona görə “Vieçista” ilə müqavilə bağladım. Əslində I liqada klub axtarırdım, sadəcə gec oldu, tapa bilmədim. Formadan düşməmək, oyun təcrübəsinə görə III liqada çıxış etməyə razılaşdım. İyunun 1-də müqaviləm başa çatdı. Görək, bundan sonra nə olur.

- Karyeran barədə nə düşünürsən? Yenidən qayıdıb Azərbaycanda oynamaq haqqında fikirləşirsən?
- Ümid edirəm. Həmin dövrdə böyük səhvlərə yol verdim. Milli komandanın düşərgəsinə gedib gec qayıtdım. Həm də menecerim də məni yoldan çıxartdı. Bunun acısını indi həm mən, həm ailəm çəkir. İstedadım var idi, ancaq bundan istifadə edə bilmədim, səhvlərimə görə. Neçə illər əziyyət çəkib bu səviyyəyə yüksəlmişdim, bir anın içində sanki hər şeyi məhv elədim.

Son xəbərlər
“Leypsiq” Verneri az qala havayı buraxmağa hazırdır
Turun son oyununda “Şəki” sevindi
“Qəbələ” “Neftçi”yə qarşı - YENİLƏNİR
"Kəpəz"də "Gəncənin futbol əfsanələri" şurası yaradılıb
Azərbaycan karateçiləri Gürcüstanda 2 medal qazanıblar
AFFA-da “Futbolda Uşaqların Hüquqlarının Qorunması” mövzusunda seminar
Krivotsyukun komandasından inamlı qələbə
Lənkəran “Xəzər”i və millimizin veteranları yubiley matçında qarşılaşıblar
Azərbaycan boksçularından Avropa çempionatında 8 medal
PSJ yarımmüdafiəçisi ilə müqaviləsini yeniləməyə qərar verdi
Azərbaycan idmançısı Çində 6-cı oldu
Kenan Yıldız hansı kluba qismət olacaq?
Abdullazadənin komandası evdə uduzdu
Albaniyada Azərbaycan derbisi qolsuz bitdi
“Araz-Naxçıvan”ın futbolçusu əməliyyat olundu
Millimizin üzvü oynadı, komandası darmadağına sevindi
4-cü tura yekun vurulur
Günün oyunları – TV
PSJ qapıçısına əvəedici axtarır
“Barselona” Fati ilə bağlı qərar qəbul etdi
Xabi Alonso Kilian Mbappeyə olan tələbini açıqladı
“Zair-Emeri mənə bir futbolçu olaraq xoş gəlir”
Kivu “İnter”in yeni oyunçularının uyğunlaşmasından söz açdı
“Çelsi” Andrey Santosla bağlı qərar qəbul etdi
“Qəbələ” “Neftçi”yə, “Qarabağ” “Şamaxı”ya qarşı
“Liverpul” da uduzdu, “Çelsi” də
“Atletik” “Xetafe”yə məğlub oldu
PSJ-dən növbəti darmadağın
“İnter” Neapoldan xalsız qayıtdı
“Trabzonspor”dan inamlı qələbə
DAHA ÇOX

Ən çox oxunanlar