Futbol
Flikin “Barselona”da Qavidən necə istifadə edəcəyi məlum oldu

11.06.2024 | 23:40
“Barselona”nın baş məşqçisi Hans-Diter Flik zədəsini sağaltdıqdan sonra komandasının ispan yarımmüdafiəçisi Qavidən necə istifadə edəcəyinə qərar verib.
Sports.az xəbər verir ki, Flik gənc ispan futbolçunun istedadını və xasiyyətini müsbət qiymətləndirir, onu layihəsinin ən vacib hissəsi hesab edir.
Alman mütəxəssis Qavini daha müdafiəyə meylli başqa bir oyunçu ilə cütləşdirərək, ikinci dayaq yarımmüdafiəçisi edəcək. Flik Qavini hücum dəstəsinin oyunçusu kimi görmür.
Vurğulayaq ki, “blauqrana”nın keçmiş baş məşqçisi Xavi Qavidən mütəmadi olaraq hücum dəstəsində oyunçu kimi istifadə edirdi.
Son xəbərlər