Futbol
“Barselona”nın müdafiəçisi “Jirona”ya keçə bilər

12.06.2024 | 09:00
“Barselona”nın 32 yaşlı müdafiəçisi Serji Roberto “Jirona”ya keçə bilər.
Sports.az xəbər verir ki, kataloniyalılar məşqçi dəyişikliyi və klubda futbolçuların qeydiyyatında fəsadlar səbəbindən futbolçunun bu yay başa çatacaq müqaviləsinin müddətini hələ də uzatmayıblar.
Robertonun “Barselona”dan ayrılmaq istəmədiyi bildirilir. “Jirona” Serji Robertoya marağını saxlayır, amma futbolçu doğma klubundan təklif gözlədiyi üçün transfer ehtimalı azalır. Belə davam edəcəyi halda “Jirona” transfer pəncərəsinin bitməsinə qədər gözləmək niyyətində deyil.
Son xəbərlər