Niderland millisinin zədələnən futbolçusu əvəzləndi

Niderland millisinin zədəli futbolçusu Ten Kopmeynersin əvəzlənməsi ilə bağlı qərar qəbul edilib.

Sports.az xarici KİV-ə istinadən xəbər verir ki, zədə üzündən AÇ-2024-ü buraxmaq məcburiyyətində qalan "Atalanta" klubunun 26 yaşlı yarımmüdafiəçisi millidə Coşua Zirkze əvəzləyəcək.

"Bolonya" klubunun formasını geyinən 23 yaşlı hücumçu ötən mövsüm meydana çıxdığı 37 oyunda 12 qola, 7 məhsuldar ötürməyə imza atıb.

AÇ-2024-də Niderland D qrupunda Polşa, Fransa və Avstriya ilə mübarizə aparacaq.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar