Futbol
Tuxel “Mançester Yunayted”lə danışıqlarda Antonio Rüdigerin alınmasını istəyibmiş

14.06.2024 | 23:45
Alman mütəxəssis Tomas Tuxel “Mançester Yunayted”lə, baş məşqçi olaraq mümkün təyinatı ilə bağlı danışıqları zamanı “qırmızı şeytanlar”ın rəhbərliyindən “Real”ın alman mərkəz müdafiəçisi Antonio Rüdigeri almağı xahiş edibmiş.
Sports.az xəbər verir ki, Tuxelin təklifi tez bir zamanda rədd edilib, çünki 31 yaşlı futbolçunun müqabilində çox xərc çəkmək gərək olacağı aydın olub.
Bundan başqa, “Mançester Yunayted” yaşlı futbolçuları almaq istəmir. Rüdigerin özünün isə Madrid klubundan “qırmızı şeytanlar”ın düşərgəsinə keçməyə üstünlük verməsi də çətin, bəlkə də mümkünsüz olaraq görülüb.
Son xəbərlər