Futbol
“Liverpul” gənc müdafiəçi Leni Yoro uğrunda “Real”a rəqib olacaq

15.06.2024 | 10:00
“Lill”in 18 yaşlı mərkəz müdafiəçisi Leni Yoro “Liverpul”a keçə bilər.
Sports.az xəbər verir ki, fransalı mərkəz müdafiəçisi “Liverpul”un müdafiə mövqeyini gücləndirmək üçün mersisaydlıların qısa siyahısına salınsa da, futbolçu ilə razılaşma hələ ortada yoxdur.
Yoro uğrunda mübarizədə “Real” hələ də liderdir və futbolçunun özü İspaniya nəhənginə üstünlük verir. Üstəlik, “Mançester Yunayted” və PSJ-nin də marağı mənzərəsində “Liverpul”un Yoronu öz düşərgəsinə qatmaq üçün plana malik olduğu bildirilir.
Son xəbərlər