AVRO 2024
Albaniyalı futbolçu Avropa çempionatları tarixinin ən erkən qolunu vurdu
16.06.2024 | 01:31
Albaniya millisinin üzvü Nedim Bayrami futbol üzrə Avropa çempionatlarının tarixinə düşüb.
Sports.az xəbər verir ki, 22-ci saniyədə İtaliya millisinin qapısına yol tapan 25 yaşlı futbolçu Avropa çempionatları tarixinin ən erkən qoluna imza atıb.
Yarımmüdafiəçi AÇ-2004-də 65-ci saniyədə fərqlənən rusiyalı Dmitri Kiriçenkonun rekordunu yeniləyib.
Qarşılaşmanın yekununda albanlar 1:2 hesabıyla məğlub olublar.