Futbol
“Getmək istəyən futbolçularımız yoxdur” - “İnter”in prezidenti

18.06.2024 | 16:20
“İnter”in prezidenti Cüzeppe Marotta argentinalı hücumçu Lautaro Martinesin “neradzurri”nin düşərgəsindəki gələcəyinə aydınlıq gətirib.
Sports.az xəbər verir ki, daha əvvəl mətbuatda, “İnter”in Martineslə əmək müqaviləsinin müddətini 2029-cu ilə qədər uzadacağı barədə məlumat yayılmışdı.
“Biz hər şeyə diqqətlə yanaşırıq. Əsas odur ki, hər bir futbolçuda kluba aidiyyət hissi güclü olsun ki, təcrübəsini düşərgəmizdə davam etdirmək istəsin. Bizdə vəziyyət sakitdir, indi getmək istəyən futbolçularımız yoxdur”.
Son xəbərlər





























