AVRO 2024
Arda Gülər Ronaldonu geridə qoydu
19.06.2024 | 10:20
Türkiyə millisinin üzvü Arda Güler Avropa çempionatlarının tarixinə düşüb.
Sports.az "Opta Sport"a istinadən xəbər verir ki, o, buna AÇ-2024-ün qrup mərhələsinin ilk turunda Gürcüstanla matçda fərqlənməklə nail olub.
Nəticədə Arda Avropa çempionatları tarixində debüt oyununda qol vuran ən gənc futbolçu olub (19 yaş 114 gün).
O, 2004-cü ildə Yunanıstan millisinə qarşı 19 yaş 128 günlüyündə qol vuran portuqaliyalı hücumçu Kristiano Ronaldonun rekordunu qırıb.
Türkiyə millisi Gürcüstana 3:1 hesabı ilə qalib gəlib.