Sloveniya - Serbiya matçının ən yaxşı futbolçusu müəyyənləşdi

Almaniyada keçirilən Avropa çempionatının qrup mərhələsinin 2-ci turunda baş tutan Sloveniya - Serbiya matçının ən yaxşı futbolçusu müəyyənləşib.

Sports.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, sloveniyalıların heyətində Yan Karniçnik qarşılaşmanın ən yaxşı oyunçusu seçilib.

29 yaşlı müdafiəçi Serbiya ilə matçda komandasının yeganə qolunu vurub.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar