UEFA xorvatları cərimələdi

UEFA Xorvatiya milli komandasını cərimələyib.

Sports.az xəbər verir ki, qitə futbol qurumu Avropa çempionatının qrup mərhələsinin 2-ci turunda, Albaniya ilə matçda xorvatiyalı azarkeşlərin qeyri-etik davranışlarına görə yığmaya pul cəriməsi tədbiq edib.

Meydana yad əşyalar atması, pirotexniki vasitələrdən istifadə etməsi və təxribat xarakterli mesajlar səbəbindən Xorvatiya 28 min avro cərimələnib.

B qrupunun oyunları çərçivəsində baş tutan Xorvatiya - Albaniya matçı (2:2) heç-heçə yekunlaşıb.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar