İsveçrə - Almaniya matçının ən yaxşı futbolçusu açıqlandı

Almaniyada keçirilən Avropa çempionatının qrup mərhələsinin 3-cü turunda baş tutan İsveçrə - Almaniya matçının (1:1) ən yaxşı futbolçusu müəyyənləşib.

Sports.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, isveçrəlilərin heyətində Qranit Caka qarşılaşmanın ən yaxşı oyunçusu seçilib.

31 yaşlı yarımmüdafiəçinin ötürmələrinin 84 faizi dəqiq olub.

Caka Macarıstanla oyundan sonra da görüşün ən yaxşı futbolçusu adını qazanmışdı.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar