Azərbaycanın 4 güləşçisi AÇ-nin finalında

Azərbaycanın 4 güləşçisi AÇ-nin finalında

Serbiyanın Novi Sad şəhərində güləş üzrə U-17 Avropa çempionatı davam edir.

Sports.az xəbər verir ki, bu gün 45, 51, 60, 71 və 92 kq-da yer alan yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.

Nicat İsgəndərli (45 kq) debütdə ukraynalı Herman Basarabı çətinliklə də olsa, üstələyə bilib – 12:11. O, bolqarıstanlı Stanislav İvanovu (9:0) da mübarizədən kənarlaşdıraraq yarımfinala yüksəlib. Finalın bir addımlığında ermənistanlı Marat Atşemyana (0:8) uduzan Nicat sabah bürünc medal uğrunda norveçli Abubakar Saqayla güləşəcək.

Turan Daşdəmirov rusiyalı Bərəkatullah İsayevə (8:0) və yunanıstanlı Sotirios Ntontosa (11:2) tam üstünlüklə qalib gəlib. 1/4 finalda ukraynalı Maksut Sultanovdan (7:4) güclü olan Avropa və dünya çempionumuz yarımfinalda gürcüstanlı Nika Tsetsxladzeni (3:0) devirib. Turan həlledici görüşdə ermənistanlı Yurik Mxitaryanla üz-üzə gələcək.

Ayxan Cavadov (60 kq) yunanıstanlı Marios Kapantaislə finlandiyalı Matias Arpiaynenə eyni hesabla (9:0) qalib gəldikdən sonra 1/4 finalda rusiyalı Marat Marqiyevi minimal fərqlə (9:8) məğlub edib. Yarımfinalda türkiyəli Melih Yeginlə gərgin keçən qarşılaşmadan 2:1 hesabıyla qalib ayrılan Cavadovun finaldakı rəqibi ermənistanlı Aleks Marqaryan olacaq.

Yusif Əhmədli (71 kq) startda ukraynalı Nikita Jijko (9:0) üzərində inamlı qələbəyə sevinib. 1/4 finalda isveçli Aksel Baffı (3:1), yarımfinalda isə macarıstanlı İmre Kolomparı (7:3) üstələyən Yusif sabah finalda belaruslu Kiril Valeuskiylə qarşılaşacaq.

Səid Paşayev (92 kq) yunanıstanlı Nikolaos Karavanosla belaruslu Artyom Babrovu “tuş”la xalçadan məyus yola salıb. Paşayev litvalı Julius Qikarasla görüşdə də müqavimətlə üzləşməyib – 9:0. Səid finalın bir addımlığında isə bolqarıstanlı Radostin Vasilyevin kürəyini yerə sıxıb. Paşayev qızıl medal uğrunda serbiyalı Stevan Kojiçlə mübarizə aparacaq.

Son xəbərlər
DÇ-nin son günündə daha bir medal
“Fənərbağça”dan darmadağın
“Kəpəz” gürcü futbolçusu ilə vidalaşdı
Bellingem “El-Klasiko”da qələbəni şərh etdi
Yamal və Karvaxal küsüşüblər?
Kapello “Napoli” – “İnter” oyunu ilə bağlı fikrini açıqladı
Karreras Yamalı ələ saldı
“Neftçi” - MOİK matçına giriş pulsuz olacaq
PSJ-nin sabiq futbolçusu karyerasını başa vurdu
“Qarabağ”ın rəqibində ciddi itki
“İmişli”nin futbolçusu əməliyyat olundu
“Sumqayıt”da yeni basketbolçu
MY “Bayern”in yarımmüdafiəçisi ilə maraqlanır
Millimiz İslam Həmrəyliyi Oyunlarının hazırlığına başlayıb
“Qarabağ”ın əvəzediciləri uduzdu, “Sabah-2” qalib gəldi
“Yuventus” baş məşqçisini qovdu
“Qələbə qazanmaq böyük önəm kəsb edirdi”
Millimiz yenə böyük hesabla uduzdu
Azərbaycan millisindən yoxlama oyununda növbəti qələbə
Alim Nəbiyev MMA-da növbəti qələbəsini qazanıb
Azərbaycan karateçiləri Polşada 8 medal qazanıb
MY Bellingemi icarəyə götürmək istəyir
“Liverpul” “Real”ın iki oyunçusu ilə maraqlanır
“Bornmut” Semenyoya transfer qiyməti müəyyənləşdirdi
PSJ-nin yarımmüdafiəçisi sıraya dönməyə yaxındır
“Barselona” “Olimpik”in hücumçusu ilə maraqlanır
“Real”ın hücumçusu Almaniya Bundesliqasına keçə bilər
Retkliff “Barselona”nın ulduzunun satın alınmasına qadağa qoydu
Günün oyunları – TV
Trek velosipedi üzrə mövsümün son yarışı keçirilib
DAHA ÇOX

Ən çox oxunanlar