Futbol
Fofana “Milan”ın futbolçusu ola bilər
30.06.2024 | 16:20
“Monako”nun və Fransa yığmasının 25 yaşlı mərkəz yarımmüdafiəçisi Yusuf Fofana karyerasını davam etdirmək üçün “Milan”ı seçib.
Sports.az xəbər verir ki, italyanlar futbolçu müqabilində 25 milyon avro məbləğ təklif ediblər və güman edilir ki, “Monako” transfer tələbini qəbul edəcək.
Amma futbolçunun gələcəyi ilə bağlı qərar Almaniyada keçirilən Avropa çempionatı başa çatdıqdan sonra veriləcək.
İngiltərə Premyer Liqasının klublarının da futbolçunu almaq istədiyi, amma “Fofana”nın “Milan”a üstünlük verdiyi vurğulanır.