Azərbaycanı Avropa çempionatında iştirak edəcək güləşçilər bəlli oldu

Azərbaycanı Avropa çempionatında iştirak edəcək güləşçilər bəlli oldu

Sabah Serbiyanın Novi Sad şəhərində güləş üzrə U-20 Avropa çempionatına start veriləcək.

Sports.az xəbər verir ki, qitə birinciliyinin ilk günlərində böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Emin Əhmədovla Turac Hüseynlinin rəhbərliyi altında yunan-Roma güləşçilərimiz çıxış edəcək.

Heyətdə Rahim Həsənov (55 kq), Tural Əhmədov (60 kq), Məhəmməd Şükürzadə (63 kq), Fəraim Mustafayev (67 kq), Ruslan Nurullayev (72 kq), Davud Məmmədov (77 kq), İsmayıl Rzayev (82 kq), Əli Quliyev (87 kq), Mahir Qurbanlı (97 kq) və Məzaim Mərdanov (130 kq) yer alıb.

Daha sonra qadın güləşçilər mübarizəyə qoşulacaq. Böyük məşqçi Rövşən Umudov və məşqçi Solmaz Adilovanın rəhbərliyi altında Elvina Kərimzadə (50 kq), Əsmər Cankurtaran (53 kq), Nərgiz Səmədova (55 kq), Gülər Həbibova (57 kq), Ruzanna Məmmədova (59 kq) və Fatimə İsayeva (68 kq) uğur qazanmağa çalışacaq.

Yarışın son günlərində isə sərbəst güləşçilər xalçaya çıxacaq. Böyük məşqçi Arif Abdullayev, məşqçilər Rövşən Hacıyevlə Əşrəf Əliyevin rəhbərliyi altında Vasif Bağırov (57 kq), Camal Abbasov (61 kq), Musa Verdiyev (65 kq), Ramik Heybətov (70 kq), Əhməd Əhmədli (74 kq), Nurudin Maqomedqadjiyev (79 kq), Sadiq Mustafazadə (86 kq), Anar Cəfərli (92 kq), Xetaq Karsanov (97 kq) və Yusif Dursunov (125 kq) güləşəcək.

U-20 Avropa çempionatında I kateqoriyalı hakimlərimizdən Natiq Hacıyevlə Vüqar Şükürov ədaləti qoruyacaq.

Son xəbərlər
PSJ-nin sabiq futbolçusu karyerasını başa vurdu
“Qarabağ”ın rəqibində ciddi itki
“İmişli”nin futbolçusu əməliyyat olundu
“Sumqayıt”da yeni basketbolçu
MY “Bayern”in yarımmüdafiəçisi ilə maraqlanır
Millimiz İslam Həmrəyliyi Oyunlarının hazırlığına başlayıb
“Qarabağ”ın əvəzediciləri uduzdu, “Sabah-2” qalib gəldi
“Yuventus” baş məşqçisini qovdu
“Qələbə qazanmaq böyük önəm kəsb edirdi”
Millimiz yenə böyük hesabla uduzdu
Azərbaycan millisindən yoxlama oyununda növbəti qələbə
Alim Nəbiyev MMA-da növbəti qələbəsini qazanıb
Azərbaycan karateçiləri Polşada 8 medal qazanıb
MY Bellingemi icarəyə götürmək istəyir
“Liverpul” “Real”ın iki oyunçusu ilə maraqlanır
“Bornmut” Semenyoya transfer qiyməti müəyyənləşdirdi
PSJ-nin yarımmüdafiəçisi sıraya dönməyə yaxındır
“Barselona” “Olimpik”in hücumçusu ilə maraqlanır
“Real”ın hücumçusu Almaniya Bundesliqasına keçə bilər
Retkliff “Barselona”nın ulduzunun satın alınmasına qadağa qoydu
Günün oyunları – TV
Trek velosipedi üzrə mövsümün son yarışı keçirilib
“Arsenal” İngiltərə Premyer Liqasında qələbə sayına görə ikinci klub oldu
Arda Güler “El-Klasiko”da “Barselona” üzərində qələbəni şərh etdi
Atıcılıq Federasiyasının rəsmisi ESC-nın rəyasət heyətinə üzv seçilib
UEFA Pro kursunun 4-cü mərhələsi başlayıb
Əvəzedicilərin yarışında 3 turun oyun cədvəli açıqlandı
1-ci Liqada daha 2 turun oyun cədvəli açıqlandı
Azərbaycan Kuboku: 2-ci təsnifat mərhələsinin təyinatları açıqlandı
Millimizin İslam Həmrəyliyi Oyunlarındakı matçlarının təqvimi müəyyənləşdi
DAHA ÇOX

Ən çox oxunanlar