Güləş/Cüdo
Azərbaycan güləşçilərindən Rusiyada daha 3 medal
30.06.2024 | 22:15
Azərbaycan güləşçiləri Rusiyanın Yakutsk şəhərində keçirilən "Asiya Uşaqları" VIII Beynəlxalq İdman Oyunlarında daha üç medal qazanıb.
Sports.az xəbər verir ki, U-15 yaş qrupu üzrə baş tutan yarışlarda Hüseyn Rzazadə (38 kq) gümüş, Rəşid Nazarov (52 kq) və Nihad Süleymanlı (75 kq) isə bürünc medal qazanıb.
“Asiya Uşaqları” Oyunları güləş yarışları iyulun 2-dək davam edəcək.