Omari Hatçinson “İpsviç Taun”a keçəcək

Ötən mövsüm icarə əsasında “İpsviç Taun”da çıxış etmiş, “Çelsi”nin 20 yaşlı vingeri Omari Hatçinson tamhüquqlu əsasda “traktorçular”a qoşulacaq.

Sports.az xəbər verir ki, bu gün klublar arasında razılıq əldə edilib və Yamayka yığmasının futbolçusu artıq “zadəganlar”la müqavilə imzalayıb.

Hatçinsonun “İpsviç Taun”a 22 milyon funt-sterlinq (26 milyon avro) məbləğə başa gəldiyi bildirilir. Tezliklə müqavilənin rəsmən bəyan ediləcəyi gözlənilir.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar