Futbol
“Bayern”də yeni müqavilə
02.07.2024 | 23:30
“Bayern” yarımmüdafiəçisi Ariyon İbrahimoviçlə müqavilənin müddətini uzadıb.
Sports.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
18 yaşlı futbolçunun yeni sözləşməsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.
Kosovo əsilli almaniyalı oyunçu ötən mövsüm icarə əsasında “Frozinone”də çıxış edib və 18 matçda 2 qol vurub.
“Bayern” sabiq futbolçusu, “Qroyter Fyurt”un hücumçusu Armindo Zibi də transfer edib. Amma Münhen klubu onu dərhal icarəyə verib. 21 yaşlı almaniyalı futbolçu qarşıdakı 2 mövsümü icarə əsasında "Maynts"da keçirəcək.