Bonuççi Spallettinin məşqçilər qərargahına daxil ola bilər

“Yuventus”un sabiq kapitanı, İtaliya yəğmasının keçmiş müdafiəçisi Leonardo Bonuççi “skuadra adzurra”nın məşqçilər qərargahına daxil ola bilər.

Sports.az xəbər verir ki, müvafiq əməkdaşlıq fikri yaxın həftələrdə ərsəyə gələ bilər.

Xatırladaq ki, cari Avropa çempionu adı ilə AÇ-2024-ə buyurmuş İtaliya yığması ⅛ finalda İsveçrə yığmasına 0:2 hesabı ilə uduzaraq yarışı tərk edib.

Bonuççinin zəngin futbol təcrübəsinin İtaliya yığmasında gərəkli ola biləcəyi vurğulanır.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar