Futbol
Belçikalı müdafiəçi “Əl-İttihad”a keçir

05.07.2024 | 11:00
Belçika yığmasının və “Renn”in 24 yaşlı müdafiəçisi Artyur Teat Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunun oyunçusu olacaq.
Sports.az xəbər verir ki, futbolçu artıq tibbi müayinədən keçib.
“Renn”in Teat müqabilində 18 milyon məbləğində ödəniş alacağı güman edilir.
Futbolçu ilə “Vest Hem” və bir sıra adı açıqlanmayan klubların da maraqlandığı bildirilir.
Son xəbərlər