“İngiltərə yığmasının üç mərkəz müdafiəçisi ilə oynaması həmişə mənə xoş gəlib”

“Mançester Yunayted”in sabiq müdafiəçisi, hazırda futbol mütəxəssis çalışan Qari Nevill İngiltərə yığmasının AÇ-2024-ün ¼ finalında İsveçrə yığması ilə oyununu (əsas və əlavə vaxt 1:1, penaltilərlə 5:3) şərh edib.

Sports.az ingilis mütəxəssisin bu barədə fikirlərini təqim edir:

“Qaret baş məşqçi vəzifəsinə gələndən bəri, mənə həmişə komandamızın üç mərkəz müdafiəçisi ilə oynaması xoş gəlib. Bu oyunda tarazlığımız vardı, komandaya bu, uyğun gəlir – daha çox hərəkilik, oyunda daha rahat xasiyyət, xüsusən də birinci hissədə.

İkinci hissədə topu saxlamağa keçdik, amma birinci hissədə az-çox layiqli oynadıq. Əlavə vaxt çox ehtiyatlı keçdi və yəqin ki, futbolçular çox yorğun idi. Oyuna nəzarəti öz əlimizə almadıq, tezlik yox idi”.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar