Avropa çempionatında uğurlu çıxış edən sərbəst güləşçilər Bakıya qayıtdılar

Avropa çempionatında uğurlu çıxış edən sərbəst güləşçilər Bakıya qayıtdılar

Serbiyanın Novi Sad şəhərində keçirilən U-20 Avropa çempionatında uğurlu çıxış edən sərbəst güləşçilərimiz vətənə qayıdıb.

Sports.az xəbər verir ki, bir qızıl, dörd gümüş və bir bürünc medalla komanda hesabında Avropa çempionu olan milli komandanı Heydər Əliyev Beynəlxalq Aeroportunda Gənclər və İdman Nazirliyinin, Azərbaycan Güləş Federasiyasının nümayəndələri, idmançılar, məşqçilər və yığma üzvlərinin yaxınları qarşılayıb.

Arif Abdullayev, milli komandanın böyük məşqçisi:

“Gənclərdən ibarət millimiz 3-cü dəfə Avropa çempionu oldu. Gərgin mübarizə getdi. 65 və 70 kq-da da medal qazanacağımızı gözləyirdik. 57 və 61 kq-da çempion da ola bilərdik. Güləşçilərimiz rusiyalı rəqiblərindən bir qədər fiziki və taktiki hazırlıqda geri qaldılar. Çalışacağıq ki, idmançılarımız bu çatışmazlıqları aradan qaldırsınlar. Qarşıda bizi dünya çempionatı gözləyir. Həmin yarışda da Azərbaycan xalqını sevindirməyə çalışacağıq. Fürsətdən istifadə edib, Gənclər və İdman Nazirliyinə, Milli Olimpiya Komitəsinə və Azərbaycan Güləş Federasiyasına təşəkkür edirəm. Bu uğur göstərilən diqqət və qayğının nəticəsidir”.

Xetaq Karsanov (97 kq), Avropa çempionu:

“Mənə beynəlxalq arenada ölkəni təmsil etmək şansı verdiyi Azərbaycan Respublikasına təşəkkürümü bildirirəm. Etimadı doğrultdum. Milli komandanın məşqçilərinə xüsusən minnətdaram. Həkim və masajçımıza da “çox sağ ol” deyim. Gərgin mübarizə şəraitində keçən finalda qalib gəldim”.

Camal Abbasov (61 kq), Avropa ikincisi:

“Gənclərdə ilk ilimdə Avropa ikincisi oldum. Bu, mənim üçün yaxşı nəticədir. Düzdür, çempion olmaq ümidiylə getmişdim. Ardıcıl 3-cü il Avropa çempionatının finalına yüksəldim. Bir-iki səhv öz sözünü dedi. İnşallah, dünya çempionatına hazırlıq xarakterli təlim-məşq toplanışlarında bu səhvləri aradan qaldırıb, dünya çempionu olmağa çalışacağam. Komanda hesabında Avropa çempionu olduq. Bu, böyük uğurdur. Dünya çempionatında da eyni nəticəni təkrarlamağa çalışacağıq”.

Anar Cəfərli (92 kq), Avropa ikincisi:

“Bütün komanda yoldaşlarımı təbrik edirəm. Daha yüksək nəticə göstərə bilərdik. İnşallah, dünya çempionatında daha uğurlu çıxış edərik. Finala qədər bütün görüşlərimi tam üstünlüklə başa vurdum. Finalda cüzi səhvdən qələbəni əldən verdim. Federasiya rəhbərliyinə, Gənclər və İdman Nazirliyinə, yığmanın məşqçilərinə, şəxsi məşqçimə və valideynlərimə təşəkkürümü bildirirəm”.

Xatırladaq ki, AÇ-də Xetaq Karsanov (97 kq) qızıl, Vasif Bağırov (57 kq), Camal Abbasov (61 kq), Sadiq Mustafazadə (86 kq) və Anar Cəfərli (92 kq) gümüş, Yusif Dursunov (125 kq) isə bürünc medal qazanıb.

Son xəbərlər
PSJ-nin sabiq futbolçusu karyerasını başa vurdu
“Qarabağ”ın rəqibində ciddi itki
“İmişli”nin futbolçusu əməliyyat olundu
“Sumqayıt”da yeni basketbolçu
MY “Bayern”in yarımmüdafiəçisi ilə maraqlanır
Millimiz İslam Həmrəyliyi Oyunlarının hazırlığına başlayıb
“Qarabağ”ın əvəzediciləri uduzdu, “Sabah-2” qalib gəldi
“Yuventus” baş məşqçisini qovdu
“Qələbə qazanmaq böyük önəm kəsb edirdi”
Millimiz yenə böyük hesabla uduzdu
Azərbaycan millisindən yoxlama oyununda növbəti qələbə
Alim Nəbiyev MMA-da növbəti qələbəsini qazanıb
Azərbaycan karateçiləri Polşada 8 medal qazanıb
MY Bellingemi icarəyə götürmək istəyir
“Liverpul” “Real”ın iki oyunçusu ilə maraqlanır
“Bornmut” Semenyoya transfer qiyməti müəyyənləşdirdi
PSJ-nin yarımmüdafiəçisi sıraya dönməyə yaxındır
“Barselona” “Olimpik”in hücumçusu ilə maraqlanır
“Real”ın hücumçusu Almaniya Bundesliqasına keçə bilər
Retkliff “Barselona”nın ulduzunun satın alınmasına qadağa qoydu
Günün oyunları – TV
Trek velosipedi üzrə mövsümün son yarışı keçirilib
“Arsenal” İngiltərə Premyer Liqasında qələbə sayına görə ikinci klub oldu
Arda Güler “El-Klasiko”da “Barselona” üzərində qələbəni şərh etdi
Atıcılıq Federasiyasının rəsmisi ESC-nın rəyasət heyətinə üzv seçilib
UEFA Pro kursunun 4-cü mərhələsi başlayıb
Əvəzedicilərin yarışında 3 turun oyun cədvəli açıqlandı
1-ci Liqada daha 2 turun oyun cədvəli açıqlandı
Azərbaycan Kuboku: 2-ci təsnifat mərhələsinin təyinatları açıqlandı
Millimizin İslam Həmrəyliyi Oyunlarındakı matçlarının təqvimi müəyyənləşdi
DAHA ÇOX

Ən çox oxunanlar