Azərbaycan futbolu
“Şamaxı”nın “Kəpəz”lə yoxlama matçı təxirə salındı
10.07.2024 | 16:15
“Şamaxı” və "Kəpəz" klubları arasında iyulun 14-də Qəbələ şəhər stadionunda keçirilməli olan yoxlama matçı təxirə salınıb.
Sports.az "Şamaxı"nın mətbuat xidmətinə istinadən xəbər verir ki, qarşılaşma tərəflərin razılığı ilə bir gün sonra, iyulun 15-də keçiriləcək.
Görüşün məkanı isə dəyişməyib. Oyun Qəbələ şəhər stadionunda, saat 17:30-da start götürəcək.