AÇ: Yığmamız əsas mərhələyə yüksəldi

AÇ: Yığmamız əsas mərhələyə yüksəldi

Azərbaycanın 20 yaşadək çimərlik voleybolçularından ibarət millisi Avropa çempionatında əsas mərhələyə yüksəlib.

Sports.az Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, qızlardan və oğlanlardan ibarət komandalarımız Polşanın Mislovitse şəhərində keçirilən qitə birinciliyində mübarizəyə iyulun 24-də təsnifat mərhələsindən başlayıb.

Ölkəmizi təmsil edən Nəriman Bayramlı - Muhammad Aslanlı cütlüyü təsnifat mərhələsində Kosovo təmsilçilərinə 2:0 hesabı ilə qalib gəlib, Andorradan olan duetə 1:2, şotlandiyalı rəqiblərinə isə 0:2 hesabı ilə məğlub olub.

Qızlardan ibarət komanda (Səbinə Əlizadə - Lizi Latsabidze) isə təsnifat mərhələsində iki görüş keçirib. Andorranı 2:0 hesabı ilə məğlub edən cütlük Şotlandiyaya 0:2 hesabı ilə uduzub.

Qaydalara uyğun olaraq, qızlardan ibarət komandamız əsas mərhələyə vəsiqə qazanıb, oğlan komandamız isə mübarizəni dayandırıb. Qızlar bu mərhələdə C qrupunda İspaniya, Serbiya və İngiltərə komandaları ilə yarışacaqlar. Qrup oyunları iyulun 25-26-da baş tutacaq. Yarışın qalibləri isə iyulun 28-də müəyyənləşəcək.

Avropa çempionatında oğlanlara Joanildo Kosta Junior, qızlara isə Nihad Tarverdiyev rəhbərlik edir.

Azərbaycanın çimərlik voleybolu tarixində ilk dəfə 18 yaşlı qızlardan ibarət komanda Avropa çempionatında (U-20) əsas mərhələyə yüksəlib.

Son xəbərlər
Ruy Koşta yenidən “Benfika”nın prezidenti seçildi
“Liverpul”un yarımmüdafiəçisi “Real”a keçmək istəmir
“Abşeron Lions” “Şəki”yə qalib gəldi
“Bayern” “Yuventus”un hücumçusunu diqqətində saxlayır
“Barselona”nın ulduz hücumçusunun “Milan”a keçidinə ehtimal azdır
“Kəpəz”dən qələbə, "Neftçi" “Qarabağ”a qarşı - YENİLƏNİR
“Qarabağ”ın əvəzediciləri “Sumqayıt”ı böyük hesabla məğlub etdi
Azərbaycan klubundan Tanzaniya millisinə
AKAF “Zəfər Gününə suda ehtiram” devizi altında tədbir keçirib
Renat ehtiyatda qaldı, komandası xal itirdi
Ronaldo qollarının sayını 953-ə çatdırdı
“Traktor” öz meydanında uduzdu
Millimiz Bakıda Türkiyə klubuna məğlub oldu
Müdafiəçisi “Çelsi”dən ayrıla bilər
“Real” “Komo”nun müdafiəçisini diqqətində saxlayıb
Millimiz İslamiadada 1/4 finala yüksəldi
Qrizmann Messinin La Liqadakı rekordunu qırdı
Messinin 400-cü assisti
“Barselona” “Mançester Siti”nin müdafiəçisini ələ keçirmək istəyir
Millimizin üzvü oynadı, komandası qələbə qazandı
Salyanda “Məktəbli Kuboku”na start verilib
“Kəpəz” legioneri ilə vidalaşdı
İspaniya nəhəngləri Holandla bağlı qənaətə gəldilər
Ən çox azarkeş toplamış Azərbaycan derbiləri
Millimizin heyəti açıqlandı
Gəncədə Avropa çempionatına start verilib
İslamiada: İdmançılarımız bu gün 6 növdə mübarizə aparacaqlar
İslandiya və Fransa ilə oyun öncəsi millimizdə ciddi itki
Azərbaycan derbisinə ən çox təyinat almış hakimlər
Günün oyunları – TV
DAHA ÇOX

Ən çox oxunanlar