“Kipri məğlub edib finala çıxacağımızı düşünürəm” - Millimizin baş məşqçisi

“Kipri məğlub edib finala çıxacağımızı düşünürəm” - Millimizin baş məşqçisi

“Kipr yarımfinalda görüşə biləcəyimiz ən çətin rəqibdir. Onları məğlub edib finala çıxacağımızı düşünürəm”.

Sports.az xəbər verir ki, bunu Azərbaycanın 18 yaşadək qız basketbolçulardan ibarət millisinin baş məşqçisi Evren Alkaya Kosovoda keçirilən Avropa çempionatının yarımfinalında Kipr komandası ilə qarşılaşacaqları oyundan öncə deyib.

Türkiyəli mütəxəssis uduzmaq niyyətində olmadıqlarını bildirib:

"Yarımfinalda Kiprlə qarşılaşacağıq. Hansı ki, 2022-ci ildə çempion olublar. Öz yaş qrupunda ilk "3-lüy"ə düşmüş komandadır. Çox dinamik, müdafiə sistemi üzərindən oynayırlar. Əslində, turnirin əvvəlindən bəri Kiprlə ya finalda, ya da yarımfinalda rəqib olacağımızı düşünürdüm. Ona görə də rəqibi izləyirdik. Müəyyən zəif tərəfləri var və bundan istifadə etməyə çalışacağıq. Daha aqressiv olacağıq. Bura qədər gəldikdən sonra uduzmaq niyyətimiz yoxdur. Maydan bəri yarışlara çox ciddi şəkildə hazırlaşırıq. Düzdür bir az yorğunluq var. Amma bu hər zaman olur. Komandamız gərgin oyuna hazırdır".

Millinin Kiprlə matçı sabah Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
 

Son xəbərlər
Ruy Koşta yenidən “Benfika”nın prezidenti seçildi
“Liverpul”un yarımmüdafiəçisi “Real”a keçmək istəmir
“Abşeron Lions” “Şəki”yə qalib gəldi
“Bayern” “Yuventus”un hücumçusunu diqqətində saxlayır
“Barselona”nın ulduz hücumçusunun “Milan”a keçidinə ehtimal azdır
“Kəpəz”dən qələbə, "Neftçi" “Qarabağ”a qarşı - YENİLƏNİR
“Qarabağ”ın əvəzediciləri “Sumqayıt”ı böyük hesabla məğlub etdi
Azərbaycan klubundan Tanzaniya millisinə
AKAF “Zəfər Gününə suda ehtiram” devizi altında tədbir keçirib
Renat ehtiyatda qaldı, komandası xal itirdi
Ronaldo qollarının sayını 953-ə çatdırdı
“Traktor” öz meydanında uduzdu
Millimiz Bakıda Türkiyə klubuna məğlub oldu
Müdafiəçisi “Çelsi”dən ayrıla bilər
“Real” “Komo”nun müdafiəçisini diqqətində saxlayıb
Millimiz İslamiadada 1/4 finala yüksəldi
Qrizmann Messinin La Liqadakı rekordunu qırdı
Messinin 400-cü assisti
“Barselona” “Mançester Siti”nin müdafiəçisini ələ keçirmək istəyir
Millimizin üzvü oynadı, komandası qələbə qazandı
Salyanda “Məktəbli Kuboku”na start verilib
“Kəpəz” legioneri ilə vidalaşdı
İspaniya nəhəngləri Holandla bağlı qənaətə gəldilər
Ən çox azarkeş toplamış Azərbaycan derbiləri
Millimizin heyəti açıqlandı
Gəncədə Avropa çempionatına start verilib
İslamiada: İdmançılarımız bu gün 6 növdə mübarizə aparacaqlar
İslandiya və Fransa ilə oyun öncəsi millimizdə ciddi itki
Azərbaycan derbisinə ən çox təyinat almış hakimlər
Günün oyunları – TV
DAHA ÇOX

Ən çox oxunanlar