AVF prezidenti “Murov Az Terminal”ın bazasında olub

Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov, baş katib Faiq Orucov və icraçı direktor Vüqar Hüseynzadə “Murov Az Terminal” klubunun təlim-məşq bazasında olublar.

Sports.az xəbər verir ki, bazanın fəaliyyəti ilə tanış olan qonaqlar idmançı və məşqçilərlə görüşüblər.

“Murov Az Terminal”ın prezidenti Cavid Kərimov burada yaradılmış şərait barədə ətraflı məlumat verib.

Daha sonra federasiya prezidenti “Murov Az Terminal” klubunun yeni təmir olunmuş trenajor zalının açılışını edib.

Qeyd edək ki, “Murov Az Terminal” klubu Yüksək Liqa yarışları ilə yanaşı, aşağı yaş qruplarının yarışlarında da qız və oğlan komandaları ilə təmsil olunur.
 

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar