Azərbaycanın yunan-Roma güləşçisi 1/4 finala yüksəldi

Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

Sports.az xəbər verir ki, 67 kq çəki dərəcəsində yarışan idmançı 1/8 final mərhələsində Misirdən olan rəqibi Mohamed Elsayedlə qarşılaşıb.

Görüş idmançımızın 8:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Olimpiada avqustun 11-də başa çatacaq.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar