Həndbol Federasiyasında ölkə çempionatına hazırlıqla bağlı iclas

Həndbol Federasiyasında ölkə çempionatına hazırlıqla bağlı iclas

Azərbaycan Həndbol Federasiyasında 31-ci ölkə çempionatına hazırlıqla bağlı iclas keçirilib.

Sports.az xəbər verir ki, tədbirdə Gənclər və İdman Nazirliyi, federasiya nümayəndələri, məşqçilər və hakimlər iştirak ediblər.

İclasda yeni mövsümdən etibarən kişilərin yarışında 9, qadınların mübarizəsində isə 7 komandanın çıxış edəcəyi bildirib.

5 dövrədən ibarət olan kişi həndbolçuların yarışında 21 tur keçiriləcək. 9 turu əhatə edəcək ilk mərhələdə komandalar yalnız bir dəfə bir-birləri ilə qarşılaşacaq. İkinci mərhələdə isə 1-ci və 4-cü yerləri tutacaq kollektivlər 4 dəfə üz-üzə gələcək. 5-ci və 9-cu yerlərin sahibləri isə ev - səfər matçında meydana çıxacaq.

Qadınların mübarizəsi 19 turdan ibarət olacaq və ilk mərhələdə 7 tur oynanılacaq. Komandalar bu mərhələdə yalnız bir dəfə bir-birlərinə rəqib olacaq. Kişilərin turnirində olduğu kimi burada da ilk 4 yerin sahibi 4 dəfə qarşılaşacaq. İlkin mərhələni 5-7-ci yerlərdə tamamlayan kollektivlər isə 2 dəfə üz-üzə gələcək. 31-ci ölkə çempionatı oktyabrın 18-də start götürəcək.

Tədbirdə yeni mövsümdə Avrokuboklarda çıxış edəcək komandalar barədə də məlumat verilib. Ölkəmizi “Kür” və “Bakı”, qadınların mübarizəsində “Qarabağ”, “Kür” və “Azəryol” təmsil edəcək. Tədbirdə həmçinin avqustun 28-dən sentyabrın 1-dək Bakıda Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunan beynəlxalq həndbol turnirinin təşkil olunacağı qeyd olunub. Yarışda Azərbaycanın komandası ilə yanaşı bir neçə ölkə təmsilçisinin iştirakı gözlənilir.

Son xəbərlər
“Traktor” öz meydanında uduzdu
“Kəpəz” “Sabah”a qarşı - YENİLƏNİR
Millimiz Bakıda Türkiyə klubuna məğlub oldu
Müdafiəçisi “Çelsi”dən ayrıla bilər
“Real” “Komo”nun müdafiəçisini diqqətində saxlayıb
Millimiz İslamiadada 1/4 finala yüksəldi
Qrizmann Messinin La Liqadakı rekordunu qırdı
Messinin 400-cü assisti
“Barselona” “Mançester Siti”nin müdafiəçisini ələ keçirmək istəyir
Millimizin üzvü oynadı, komandası qələbə qazandı
Salyanda “Məktəbli Kuboku”na start verilib
“Kəpəz” legioneri ilə vidalaşdı
İspaniya nəhəngləri Holandla bağlı qənaətə gəldilər
Ən çox azarkeş toplamış Azərbaycan derbiləri
Millimizin heyəti açıqlandı
Gəncədə Avropa çempionatına start verilib
İslamiada: İdmançılarımız bu gün 6 növdə mübarizə aparacaqlar
İslandiya və Fransa ilə oyun öncəsi millimizdə ciddi itki
Azərbaycan derbisinə ən çox təyinat almış hakimlər
Günün oyunları – TV
Tonali “Milan” üçün darıxır
Endrik Liqa 1 və Premyer Liqa arasında seçim etdi
“Bayern” “Liverpul”un oyunçusu ilə danışıqlara başladı
“Bayern” müdafiəçisi ilə yeni müqaviləyə dair danışıqlarda dalana dirəndi
“İnter” müdafiəçisi ilə müqaviləsini yeniləyəcək
“Atletiko” “Korintians”ın gənc ulduzu uğrunda mübarizəyə qoşuldu
Kyezanın pərəstiş etdiyi futbolçu
19-cu dəfə “Azərsun Arena”da
Azərbaycan derbisinə doğru: Vərəqələr, penaltilər
“Kəpəz” “Sabah”a, “Qarabağ” “Neftçi”yə qarşı
DAHA ÇOX

Ən çox oxunanlar