Paris-2024: Gimnastlarımız finalı gözləyir, güləşçilərimiz...

Bu gün Azərbaycanın üç güləşçisi və bədii gimnastları Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında çıxış edəcək.

Sports.az xəbər verir ki, sərbəst güləşçilərimizdən son olaraq Maqomedxan Maqomedov (97 kq) və Hacı Əliyev (65 kq) günorta saatlarında ilk görüşlərinə çıxacaqlar.

125 kq-da yarışan Giorgi Meşvildişvili isə bu gün bürünc medal uğrunda görüşə çıxacaq.

Bu gün həmçinin bədii gimnastika üzrə qrup hərəkətləri yığmamız da Olimpiadanın finalında mübarizə aparacaq.

Olimpiada avqustun 11-də başa çatacaq. Hələlik iki cüdoçumuz - Hidayət Heydərov və Zelim Kotsoyev Olimpiya çempionu olublar. Taekvondoçumuz Qaşım Maqomedov və boksçumuz Alfonso Dominqes gümüş, güləşçimiz Həsrət Cəfərov isə bürünc medal qazanıb.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar